×
Hədəfsiz deizm. Müəllif: Sahib Əsədov. O, hal hazırda Mədinə Beynəlxalq İslam universitetinin doktorantura tələbəsidir. Müəllif bu kitabda deistlər haqqında, deizmin hədəfsiz olması barədə danışmış, onların bəzi şübhələrinə cavablar vermişdir. Deizm də ateizmin bir növü hesab edilir, bu fəlsəfi görüş sahibləri yaradıcıya inansalar da, dinlərin və şəriətlərin hamısını inkar edirlər. Onlar bu yaradıcı qüvvənin kainatın işlərinə müdaxilə etməsi haqqında və onun qüdrəti da ixtilaf ediblər. Kitabda deizmin tarixi, təbliğatçıları haqqında da məlumatlar verilmişdir.