×
İslam, Allahın göndərdiyi elçilərin dinidir

İslam, Allahın göndərdiyi elçilərin dinidir.

İslam kainatın yaradıcısı və onu idarə edən Allaha təslim olmaq, Ona sevərək və təzim edərək tabe olmaqdır. İslamın əsası Allaha, Onun Yaradıcı olduğuna və Ondan başqa olan hər bir şeyin yaradıldığına, yalnız Onun ibadətə layiq tək və şəriki olmayan ilah olduğuna iman etməkdir. Həmçinin ən gözəl adlar və ən kamil sifətlər, heç bir nöqsan olmadan mütləq kamillik Ona məxsusdur. O, nə doğmayıb, nə də doğulmayıb, Onun heç bir tayı və bənzəri də yoxdur. O, heç bir məxluqatına daxil olmayıb və onlarda da təcəssüm etməmişdir.

İslam, Allahın insanlardan qəbul edəcəyi yeganə dindir və o həmçinin bütün peyğəmbərlərin- onlara Allahın salamı olsun- gətirdiyi dindir.

İslamın əsaslarından biri bütün elçilərə iman etmək, həmçinin Allahın bu elçiləri Onun əmrlərini qullarına çatdırmaq üçün göndərdiyinə və onlara kitablar nazil etdiyinə iman etməkdir. Bu elçilərin sonuncusu Muhəmməddir (Allahın dua və salamı üzərinə olsun). Allah onu əvvəlki elçilərin şəriətlərinə son qoyan və onları nəsx edən(hökmünü qaldıran) ilahi bir şəriətlə göndərmişdir. Allah onu əzəmətli dəlillərlə dəstəkləmişdir ki, bu dəlillərin də ən böyüyü Qurani-Kərimdir. O, aləmlərin Rəbbinin sözüdür, bəşəriyyətin tanıdığı ən əzəmətli kitabdır və o, məzmununda, ləfzində və nəzmində möcüzəvidir. Dünya və axirət səadətinə aparan haqqa hidayət ondadır. Endirildiyi ərəb dilində bir hərfi belə dəyişdirilmədən günümüzə qədər qorunaraq gəlmişdir.

İslamın əsaslarından biri də mələklərə və axirət gününə iman etməkdir. O gün-qiyamət günü Allah insanları etdikləri əməllərə görə hesaba çəkmək üçün qəbirlərdən dirildəcək. Kim mömin olduğu halda saleh əməllər işləyərsə, onun üçün cənnətdə qalıcı(əbədi) nemətlər vardır. Və kim kafir olub pis işlər görərsə, onun üçün isə cəhənnəmdə böyük əzab vardır.İmanın əsaslarından biri də Allahın xeyir və şərr olaraq təqdir etdiklərinə iman etməkdir.

Müsəlmanlar İsanın Allahın qulu və rəsulu olduğuna, Allahın oğlu olmadığına iman edirlər. Çünki Allah əzəmətlidir, onun həyat yoldaşının və ya oğlunun olması mümkün deyildir. Lakin Allah bizə Quranda İsanın Allahın çoxlu möcüzələr verdiyi bir peyğəmbər olduğunu və Allahın onu öz qövmünü heç bir şəriki olmayan, tək olan Allaha ibadət etməyə çağırması üçün göndərdiyini xəbər vermişdir. Həmçinin Allah, İsanın insanlardan özünə ibadət etmələrini istəmədiyini, əksinə, özünün Yaradanına ibadət etdiyini xəbər vermişdir.

İslam, fitrətə və sağlam ağıla uyğun olan, normal nəfslərin(insanların) qəbul etdiyi bir dindir ki, Böyük Yaradan onu məxluqatı üçün şəriət etmişdir. İslam bütün insanlar üçün xeyir və xoşbəxtlik dinidir. O, heç bir kəsi irqinə və ya rənginə görə digərindən fərqləndirmir və insanlar bu dində bərabərdirlər. İslam dinində insan yalnız saleh əməlləri miqdarında digərlərindən fərqlənir.

Ağıl sahibi olan hər bir insanın Rəbb olaraq Allaha, din olaraq İslama,rəsul olaraq Muhəmmədə (Allahın dua və salamı üzərinə olsun) iman etməsi vacibdir və bu, insanın seçim haqqı olmadığı bir məsələdir. Çünki, Uca Allah Qiyamət günü ondan göndərdiyi elçilərin dəvətinə necə tabe olduğunu soruşacaq. Əgər mömindirsə, onun üçün böyük zəfər və nicat vardır. Yox əgər kafirdirsə, açıq-aşkar zərərə uğrayacaq.

İslam dinini qəbul etmək istəyən kəs mənasını bilərək və ona inanaraq : Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən rasulullah (Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Allahın Rəsuludur) deməlidir və beləliklə o, müsəlman olur. Sonra isə Allahın ona vacib etdiyi şeyləri yerinə yetirmək üçün İslamın qalan hökmlərini yavaş-yavaş öyrənməlidir.

Daha ətraflı məlumat üçün:byenah.com

İslam, Allahın göndərdiyi elçilərin dinidir.