Kainatı kim yaradıb ? Məni kim yaradıb? Və nə üçün?
Mövzuya dair tərcümələr
- Tiếng Việt - Vietnamese
- ไทย - Thai
- ગુજરાતી - Unnamed
- العربية - Arabic
- অসমীয়া - Assamese
- فارسی دری - Unnamed
- Wikang Tagalog - Tagalog
- English - English
- Èdè Yorùbá - Yoruba
- සිංහල - Sinhala
- Kinyarwanda - Kinyarwanda
- 中文 - Chinese
- Кыргызча - Кyrgyz
- español - Spanish
- Русский - Russian
- Shqip - Albanian
- Bahasa Indonesia - Indonesian
- Deutsch - German
- čeština - Czech
- български - Bulgarian
- svenska - Swedish
- हिन्दी - Hindi
- magyar - Hungarian
- বাংলা - Bengali
- فارسی - Persian
- Kurdî - Kurdish
- bosanski - Bosnian
- తెలుగు - Telugu
- اردو - Urdu
- پښتو - Pashto
- Nederlands - Dutch
- português - Portuguese
- Türkçe - Turkish
- Akan - Akan
- ქართული - Georgian
- ພາສາລາວ - Unnamed
- Ўзбек - Uzbek
- മലയാളം - Malayalam
- polski - Polish
- Српски - Serbian
- አማርኛ - Amharic
- Lingala - Unnamed
- தமிழ் - Tamil
Kateqoriyalar
Full Description
Kainatı kim yaradıb ? Məni kim yaradıb? Və nə üçün?
Mən doğru yol üzərindəyəmmi?
Səmaları, yeri və onların arasında olan saysız-hesabsız, əzəmətli məxluqatları kim yaradıb?
Göydə və yerdə bu dəqiq, kamil nizamı kim qoymuşdur ?
İnsanı yaradan, ona eşitmə, görmə və ağıl bəxş edən, onu elm əldə etmək və həqiqətləri dərk etməyə qadir edən kimdir?
Bədən üzüvlərini belə bir dəqiqliklə yaradan və sənə belə gözəl bir biçimdə sürət verən kimdir?
Müxtəlif və növbənöv olan bu canlı kainatların yaradılması haqqında düşün. Onları, həddi-hüdudu olmayan bu görünüşlərdə kim yaratmışdır ?
Bu əzəmətli kainat illər boyu onu dəqiq tənzimləyən qanunları ilə necə nizamlanmış və sabit olaraq qalmışdır?
Bu aləmə hökm edən nizamı (həyatı, ölümü, canlıların nəsil verərək çoxalmasını ,gecəni və gündüzü,mövsümlərin dəyişməsini və s.) kim qoymuşdur?
Bu kainat özü özünümü yaratmışdır? Yoxsa yoxluqdanmı var olmuşdur? Ya da təsadüfən əmələ gəlmişdir? Uca Allah buyurur:﴿أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ (٣٥) (Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?)أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ بَلْ لَا يُوقِنُونَ﴾ (Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar).(Tur: 35, 36).
Əgər biz özümüz özümüzü yaratmamışıqsa, yoxluqdan var olmağımız və ya təsadüfən yaranmağımız da qeyri mümkündürsə, elə isə şübhə olmayan həqiqət budur ki, bu kainatın əzəmətli və qadir bir xaliqi olmalıdır. Çünki bu kainatın öz-özünü yaratması və ya yoxluqdan var olması yaxud da təsadüfən əmələ gəlməsi mümkün deyildir!
Nə üçün insan görmədiyi (məsələn: dərk etmək, ağıl, ruh, hisslər, məhəbbət və s. bu kimi) şeylərin mövcudluğuna inanır? Məgər bu, onların təsirini gördüyü üçün deyilmi? Belə olan təqdirdə insan bu əzəmətli kainatın Xaliqinin mövcudluğunu, Onun məxluqlarını, gözəl bir biçimdə yaratmasının və mərhəmətinin izlərini gördüyü halda necə inkar edir?
Heç bir ağıllı insan ona: "Bu mənzil, heç kəs onu tikmədən əmələ gəlmişdir!" yaxud da ona: "Yoxluq bu mənzili mövcud etmişdir"- deyilməsini qəbul etməz. Bəs bəzi insanlar: "Bu əzəmətli kainat Xaliqsiz yaradılmışdır" deyənləri necə təsdiqləyə bilir? Axı necə ola bilər ki, ağıllı bir insan, ona: "Kainatın bu dəqiq nizamı təsadüfən meydana gəlmişdir"- deyilməsini qəbul edir?
Bütün bunlar bizi bir nəticəyə çatdırır ki, o da, bu kainatın əzəmətli, qüdrətli və idarə edən bir Rəbbinin olmasıdır. Və ibadətə haqqı olan yalnız odur. Ondan başqa ibadət olunana edilən ibadət batildir və o ibadət olunmağa layiq deyildir.
Əzəmətli Yaradan Rəbb
Yaradan tək Rəbb vardır. O, hər şeyin sahibi, işləri idarə edən, ruzi verən, öldürən və dirildəndir. Yer üzünü yaradan və onu məxluqatları üçün əlverişli edən Odur. Göyləri və onların arasındakı əzəmətli məxluqatları yaradan, əzəmətinə dəlalət edən, günəş, ay, gecə və gündüz üçün bu dəqiq nizamı qoyan da Odur.
Həyatımız üçün vacib olan havanı bizə tabe etdirən də Odur. Göydən yağış endirən, dənizləri və çayları bizə tabe etdirən də Odur. Analarımızın bətnində heç bir gücümüz yox ikən bizi qoruyub qidalandıran Odur. Doğulduğumuz andan ölənə qədər damarlarımızdakı qanı axıdan da Odur.
Bu yaradan, ruzi verən Rəbb Uca və Pak Allahdır.
Uca Allah buyurur:﴿إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ﴾ (Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır.(Əraf: 54).
Uca Allah kainatda gördüyümüz və görmədiyimiz hər bir şeyin xaliqi və Rəbbidir. Ondan başqa olan hər şey yaratdığı məxluqatlardan bir məxluqdur. İbadəti tək haqq edən və özü ilə yanaşı heç bir şeyə ibadət edilməməsini də haqq edən Odur. Onun, mülkündə, yaratmasında, işləri idarə edib yönəltməsində və ibadətində heç bir şəriki yoxdur.
Müzakirə olaraq Uca Allahla yanaşı başqa ilahların olduğunu fərz etsək, kainat fəsada uğrayar. Çünki iki ilahın eyni vaxtda kainatı idarə etməsi mümkün deyildir. Uca Allah buyurur:{لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا} (Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı).(Ənbiyə: 22).
Xaliq Olan Rəbbin Sifətləri
Uca Rəbbin saysız gözəl adları vardır və həmçinin Onun kamilliyinə dəlalət edən əzəmətli, çoxlu, ali sifətləri vardır. Onun adlarından ikisi: "əl-Xaliq" və "Allah"-dır. Allah adının mənası: "Heç bir şəriki olmayan, ibadəti tək haqq edən ilah" mənasındadır. əl-Həyy. Yəni: O, heç vaxt ölməz, diri olan Uca Allahdır. Yaratdığı hər bir məxluq isə öləcəkdir. əl-Qəyyum. Yəni: O, idarə edən, heç bir məxluqata ehtiyacı olmayan, əksinə, bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur. ər-Rahim. Yəni: Rəhmlidir. Qulları Ona tövbə edərlər deyə, Allah onlara əzab verməyə tələsməz. ər-Razzaq. Yəni: Ruzi Verəndir. əl-Kərim. Yəni: Kərimdir ihsanı və lütfu bol Olandır.
Uca Allah Qurani-Kərimdə buyurur:﴿اللَّهُ لا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لا تَأْخُذُهُ سِنَةٌ وَلا نَوْمٌ لَهُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَوَاتِ وَالأَرْضَ وَلا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ﴾ (Allah Özündən başqa haqq məbud olmayandır, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, qullarının gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir).(Bəqərə: 255).
Uca Allah buyurur:﴿قُلْ هُوَ اللَّهُ أَحَدٌ (١) (De: "O Allah Təkdir!).اللَّهُ الصَّمَدُ (٢) (Allah Möhtac deyildir).لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (٣) (O, nə doğub, nə də doğulub).وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ﴾ (Onun heç bir bənzəri də yoxdur").(İxlas: 1-4).
İbadət olunan Rəbb kamil sifətlərlə vəsf olunur.
Onun sifətlərindən biri də budur ki, məhz O, ibadəti haqq edən ilahdır. Ondan başqa olan hər bir şey isə yaradılmış, mükəlləf edilmiş,əmr olunmuş və tabe edilmişdir.
Onun sifətlərindən biri də, O, əl-Həyy, (Yəni: O, heç vaxt ölməz, diri olan Uca Allahdır. Yaratdığı hər bir məxluq isə öləcəkdir)əl-Qəyyumdur. (Yəni: O, idarə edən, heç bir məxluqata ehtiyacı olmayan, əksinə, bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur) Kainatdakı hər bir canlıya Uca Allah həyat vermiş, onu yoxluqdan var etmişdir. O, bütün məxluqatın varlığını, ruzisini və ehtiyacını Öz üzərinə götürmüşdür. Rəbb, diridir, ölməz və heç vaxt yox olmaz. O, Qəyyumudur yatmaz, əksinə, Onu nə mürgü, nə də yuxu tutar.
Onun sifətlərindən biri də, əl-Alimdir. Yəni: Göylərdə və yerdə heç bir şey Ona gizli qalmaz.
Onun sifətlərindən biri də, əs-Səmi və əl-Bəsirdir. Yəni: O, hər bir şeyi eşidir və hər bir məxluqatı görür. Nəfslərin verdiyi vəsvəsəni və qəlblərin gizlətdiyi şeyləri bilir. Göylərdə və yerdə heç bir şey Ona gizli qalmaz.
Onun sifətlərindən biri də, əl-Qadirdir. Yəni: Heç bir şey Onu aciz buraxa bilməz və istədiyini etməyə də ona bir kimsə mane ola bilməz. İstədiyini edir, istədiyinə mane olur, istədiyini önə çəkir, istədiyini də geridə saxlayır. O, kamil hikmət sahibidir.
Onun sifətlərindən biri də, O, əl-Xaliq, ər-Razzəq və əl-Mudəbbirdir. O, məxluqatı yaradıb onların işlərini idarə edib yönəldəndir. Bütün məxluqat Onun ovcunda və hökmü altındadır.
Onun sifətlərindən biri də, O, darda qalan kimsənin duasına icabət edir, çıxılmaz vəziyyətə düşənə yardım edir və sıxıntıları aradan qaldırır. Bütün məxluqat sıxıntı və çətin anlara düşdükdə məcburi olaraq Ona yönəlir.
İbadət yalnız Uca Allaha edilir. Çünki O, kamildir və ibadəti haqq edən yalnız Odur, Ondan başqa heç kimsə deyildir. Ondan başqa ibadət edilən bütün ilahlar batildir, naqisdir, ölümə və yox olmağa məhkumdur.
Uca Allah bizə Onun əzəmətini dərk edən ağıl bəxş etmiş, qəlbimizdə xeyiri sevən, şərrə nifrət edən, aləmlərin Rəbbi olan Allaha yönəlidikdə rahatlıq tapan bir fitrət yerləşdirmişdir. Bu fitrət, Onun kamilliyinə və naqisliklə vəsf olunmasının mümkünsüzlüyünə dəlalət edir.
Ağıl sahibi olan bir kimsəyə kamil olandan başqasına ibadət etməsi əsla yaraşmaz. Elə isə özü kimi qüsurlu və ya özündən aşağı olan bir məxluqa necə ibadət edə bilir!
İbadət edilən ilahın, insan, büt, ağac və ya heyvan olması mümkün deyildir!
Rəbb olan Allah, yaratdığı səmalarının üzərindədir, ərşinə istiva etmiş-ucalmışdır. Məxluqatından ayrıdır. Zatında, məxluqatına aid heç bir şey yoxdur. Məxluqatında da Onun zatından bir şey yoxdur. O, yaratdığı məxluqatların hər hansı birinə nə daxil olmaz, nə də ki, məxluqatında təcəssüm etməz.
Rəbbin heç bir bənzəri yoxdur. O, eşidəndir, görəndir. Onun heç bir oxşarı da yoxdur. O, yaratdıqlarına möhtac deyildir. O, yatmaz, yemək yeməz. O, əzəmətlidir. Onun zövcəsi və ya övladının olması mümkün deyildir. Xaliq olan Allah, əzəmətli sifətlərə sahibdir və Onun ehtiyac və ya naqisliklə vəsf edilməsi əsla mümkün deyildir.
Uca Allah buyurur:﴿يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُوهُ مِنْهُ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ (٧٣) (Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa dua etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də acizdir, istənilən də!).مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ﴾ (Onlar (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!)(Həcc: 73, 74).
Bu əzəmətli Xaliq bizi nə üçün yaratmışdır? O, bizdən nə istəyir?
Uca Allahın bu məxluqatları heç bir məqsədsiz yaratması ağla batandırmı? Yoxsa Uca Allah, hikmət və elm sahibi olduğu halda bunları əbəs yerə yaratmışdır?
Bizləri belə bir dəqiqliklə yaradan, səmaları və yeri ixtiyarımıza verən bir Xaliqin bizi məqsədsiz yaratması və ya bizi düşündürən ən əhəmiyyətli sualları n (Biz nə üçün buradayıq? Ölümdən sonra nə vardır? Bizim yaradılışımızın məqsədi nədir?) cavabı verilmədən başlı-başına buraxması ağla batandırmı?
Heç zalım kimsəyə əzab olunmayacağı və saleh kimsənin də mükafatlandırılmayacağı ağla batandırmı?
Uca Allah buyurur:﴿أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ﴾ (Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?).(Muminun: 115).
Əksinə, Uca Allah bizə mövcudluğumuzun məqsədini bilməyimiz üçün elçilər göndərmişdir. Bizi, Ona necə ibadət edəcəyimizə, Ona necə yaxınlaşacağımıza, Onun bizdən nə istədiyinə və Onun razılığına necə nail ola biləcəyimizə yönəltmiş və ölümdən sonrakı həyat barədə bizə xəbər vermişdir.
Uca Allah bizə ibadəti yalnız Özünün layiq olduğunu bildirmək, Ona necə ibadət edəcəyimizi bilmək, Onun əmir və qadağalarını bizə çatdırmöaq və bizə, ali dəyərlərə bağlı qaldığımız təqdirdə həyatımızın xeyir və bərəkət dolu , gözəl olacağını xəbər verməkləri üçün elçilər göndərmişdir.
Uca Allah: Nuh, İbrahim, Musa, İsa və s. bir çok rəsullar göndərmiş, onları, doğruluqlarına və Öz qatından göndərilməsinə dəlalələt edən ayət və möcüzələrlə dəstəkləmişdir. Və onların sonuncusu Muhəmməddir (sallallahu aleyhi və səlləm).
Bu rəsullar bizə bu həyatın bir imtahan olduğunu və həqiqi həyatın isə ölümdən sonra olacağını açıq-aşkar şəkildə xəbər vermişlər.
Həmçinin bu rəsullar bizə yalnız heç bir şəriki olmayan Uca Allaha ibadət edən və bütün rəsullara iman edən möminlər üçün cənnətin olacağını və Uca Allah ilə yanaşı başqa ilahlara ibadət edən və ya Onun göndərdiyi rəsullardan hər hansı birini inkar edən kafir qulları üçün isə Allahın cəhənnəm odu hazırladığını xəbər vermişlər.
Uca Allah buyurur:﴿يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي فَمَنِ اتَّقَى وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (٣٥) (Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz əməllərini islah edən kimsələrin (Qiyamət günü) heç bir qorxusu olmaz və onlar kədərlənməyəcəklər).وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾ (Ayələrimizi yalan sayıb, təkəbbürlüklə onlardan üz çevirənlər isə Cəhənnəm sakinləridirlər. Onlar orada əbədi qalacaqlar).(Əraf: 35, 36).
Uca Allah buyurur:﴿يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ (٢١) (Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız).الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ (٢٢) (O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın).وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ (٢٣) (Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın!).فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ (٢٤) (Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin!).وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا قَالُوا هَذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ وَأُتُوا بِهِ مُتَشَابِهًا وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ﴾ (İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikdə: "Bu ki, əvvəllər bizə verilən ruzilərdəndir!"– deyəcəklər. Halbuki onlara onun oxşarı verilmişdir. Onlar üçün orada pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar).(Bəqərə: 21-25).
Nə üçün rəsullar çox olmuşdur?
Uca Allah rəsullarını ümmətlərə göndərmişdir. Elə bir ümmət yoxdur ki, Uca Allah o ümmətə, onları Rəbblərinə ibadət etməyə dəvət etmək, Uca Allahın əmirlərini və qadağalarını onlara çatdırmaq üçün rəsul göndərməsin. O rəsulların hamısının dəvətinin məqsədi: Tək Uca Allaha ibadət edilməsi idi. Hər dəfə hər hansı bir ümmət rəsulların gətirdiyi dini tərk etmək və ya təhrif etməyə başladıqda, Uca Allah onların yolunu düzəltmək və insanları Allahı təkləşdirmək və ona itaət etməklə olan sağlam fitrətə qaytarmaq üçün başqa elçi göndərərdi.
Hətta Uca Allah Muhəmmədi kamil din və qiyamət gününə qədər qalacaq, bütün insanlar üçün ümumi olan, özündən əvvəlki şəriətləri kamilləşdirən və ortadan qaldıran bir şəriətlə göndərməklə rəsulların göndərilməsinə son qoydu. Və Rəbbimiz bu dinin qiyamət gününə qədər qalıb-davam etməsini öz üzərinə götürmüşdür.
Bir şəxs göndərilən rəsulların hamısına iman etmədikcə mömin olmaz.
Rəsulları göndərən Allahdır. O, bütün məxluqatına rəsullara itaət etmələrini əmr etmişdir. Kim hər hansı bir rəsulu inkar edərsə, artıq bütün rəsulları inkar etmiş olar. İnsanın Allahın nazil etdiyi vəhyi rədd etməsindən daha böyük bir günah yoxdur. Və cənnətə daxil olmaq üçün bütün rəsullara iman etmək labüddür.
Bu zamanda hər bir kəsə Allaha, onun bütün rəsullarına və axirət gününə iman etməsi vacibdir. Bu isə, rəsulların sonuncusu və axırıncısı olan, Uca Allahın yeri və onun üzərində olanları məhv edənə qədər hifz edəcəyinə vəd verdiyi Qurani-Kərimlə dəstəklədiyi Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman etmədikcə və ona tabe olmadıqca baş verə bilməz.
Uca Allah Qurani-Kərimdə göndərdiyi rəsullardan hər hansı birinə iman etməyi inkar edənin Allaha küfür etdiyini və Onun vəhyini yalan saydığını bildirmişdir. Uca Allah buyurur:﴿إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَلِكَ سَبِيلًا (١٥٠) (Allaha və Onun elçilərinə küfr edənlər, Allahla elçilərini bir-birindən ayırmaq istəyib: "Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər).أُولَئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا﴾ (Məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq).(Nisa: 150, 151).
Elə buna görə də biz müsəlmanlar -Allahın əmr etdiyi kimi- Allaha, axirət gününə, bütün rəsullara və əvvəlki kitablara iman edirik. Uca Allah buyurur:﴿آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ﴾ (Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): "Biz Onun elçiləri arasında fərq qoymuruq!" (Həmçinin,) dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş yalnız Sənədir!").(Bəqərə: 285).
Qurani-Kərim nədir?
Qurani-Kərim Uca Allahın kəlamı və rəsulların sonuncusu olan Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etdiyi vəhyidir. Və o Muhammədin (sallallahu aleyhi və səlləm) peyğəmbərliyinin doğruluğuna dəlalət edən ən əzəmətli möcüzədir. Qurani-Kərim hökmlərində haqqdır və xəbərlərində də doğrudur.Uca Allah Qurani-Kərimi yalan sayanları heç olmasa ona bənzər bir surə gətirmələri ilə təhdid etdi, onlar isə Qurani-Kərimin insanın dünya və axirət həyatı ilə bağlı hər bir şeyi əhatə edən mənalarının əzəmətindən və əhatəsinin genişliyindən dolayı bundan aciz qaldılar. Qurani-Kərim həmçinin özündə iman edilməsi vacib olan hər bir iman həqiqətlərini də əhatə etmişdir.Qurani-Kərim həmçinin insanın özü ilə Rəbbi arasında və ya özü ilə nəfsi arasında, yaxud özü ilə digər məxluqat arasında əməl etməli olduğu əmr və qadağaları yüksək bir bəlağət və aydınlıq üslubunda ehtiva etmişdir.Qurani-Kərim həmçinin bu kitabın bir bəşər tərəfindən olmadığına, əksinə, bunun bəşəriyyətin Rəbbinin kəlamı olduğuna dəlalət edən bir çox əqli dəlillər və elmi həqiqətləri əhatə edir.
İslam nədir?
İslam: yalnız Allaha ibadət etməklə Ona təslim olmaq, ona itaət etməklə boyun əymək, Onun şəriətini razı qalıb və qəbul edərək həyata keçirtmək və Allahdan başqa ibadət edilən hər bir şeyi inkar etməkdir.
Uca Allah bütün rəsulları bir risalət ilə göndərmişdir. Bu risalət: Heç bir şəriki olmayan tək olan Allaha ibadət etməyə və Allahdan başqa ibadət edilən hər bir şeyi inkar etməyə dəvət etməkdir.
İslam bütün peyğəmbərlərin dinidir. Onların dəvəti bir, şəriətləri isə müxtəlifdir. Və bu gün müsəlmanlar, bütün peyğəmbərlərin gətirdiyi doğru dinə sarılan yeganə kimsələrdir. Bu zamanda məhz İslam risaləti haqq risalətdir. Və o xaliq olan Allah tərəfindən bəşəriyyətə göndərilən sonuncu risalətdir.İbrahimi, Musanı və İsanı -Aleyhimussələm- rəsul olaraq göndərən Rəbb, rəsulların sonuncusu olan Muhəmmədi də (sallallahu aleyhi və səlləm) rəsul olaraq göndərmişdir. Artıq İslam şəriəti özündən əvvəl olan şəriətlərin hökmünü ortadan qaldırmışdır .
Bu gün insanların -İslam dinindən başqa- ibadətlərində tədbiq etdikləri bütün dinlər bəşəriyyət tərəfindən ixtira edilmiş dinlərdir. Və ya o din ilahi bir din olub, sonra isə insan əli ilə xürafatlar, danışılan nağıllar və bəşər ictihdalarından ibarət qarışıq bir dinə çevrilmişdir.
Müsəlmanların dininə gəldikdə isə, onların Uca Allaha etdikləri ibadətləri bir olduğu kimi, dinləri də tək, aydın və təhrif olunmayan bir dindir. Onların hər biri beş vaxt namaz qılır, mallarının zəkatını verir və ramazan orucunu tuturlar. Onların konstitusiyası olan Qurani-Kərimi düşün. Bu kitab, bütün ölkələrdə eyni olan bir kitabdır. Uca Allah buyurur:﴿ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ﴾ (Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qalıb, günaha meyl etmədən, (haram edilmiş ətlərdən) yeyərsə, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir).(Maidə: 3).*
Uca Allah Quranda buyurur:﴿قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ (٨٤) (De: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə nazil olanlara, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!").وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾ (Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar)(Əli İmran: 84, 85).
İslam dini həyatı şamil edən bir yol, fitrətə və ağıla müvafiq olan və normal düşüncə sahibi tərəfindən qəbul edilən dindir. Bu dini əzəmətli Xaliq məxluqatı üçün şəriət etmişdir. Bu din, dünya və axirətdə bütün insalar üçün xeyir və səadət dinidir. Heç bir irqi digər irqdən, dəri rəngini digərindən ayırmır. Bu dində insanların hamısı eynidir. İslam dinində insan saleh əməli müstəsna olmaqla başqasından fərqlənmir.
Uca Allah buyurur:(مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ) (Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq).(Nəhl: 97).
İslam səadət(xoşbəxtlik) yoludur.
İslam bütün peyğəmbərlərin dinidir. Və o Uca Allahın bütün insanlar üçün seçdiyi bir dindir. Bu din, yalnız ərəblərə məxsus olan bir din deyildir.
İslam bu dünyada həqiqi səadətə, axirətdə isə əbədi nemətə aparan yoldur.
İslam, ruhun və bədənin ehtiyaclarını ödəyən, insanın bütün problemlərini həll edən yeganə bir dindir. Uca Allah buyurur:﴿قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلا يَضِلُّ وَلا يَشْقَى (123) (Allah buyurdu: "Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən (bələdçimin) ardınca getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar).وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى﴾ (Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar və Biz Qiyamət günü onu kor olaraq həşr edərik").(Ta ha: 123, 124).
Mən İslam dinini qəbul etməkdən nə fayda əldə edirəm?
İslam dinini qəbul etməyin böyük faydaları vardır. Bunlardan bəziləri:
- İnsanın bu dünyada Allahın qulu olması ilə uğura və şərəfə nail olması. Əks halda insan nəfsinin (havasının), şeytanın və şəhvətlərinin qulu olardı.
- Axirətdə Allahın onu bağışlaması, Ondan razı qalması, Uca Allahın onu Cənnətə daxil etməsi, razılıq və əbədi qalacaq nemətləri əldə etməsi və insanın Cəhənnəm əzabından qurtulması ilə - uğur qazanması.
- Mömin kimsə qiyamət günü: peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birgə olacaqdır. Bunlar necə də gözəl yoldaşlardır. İman etməyənlər isə tağutlar, şərrli insanlar, günahkarlar və fəsad əhli ilə birgə olacaqdır.
- Uca Allahın Cənnətə daxil etdiyi kimsələr, əbədi nemətlər içində: ölüm, xəstəlik, ağrı, qocalıq və qəm-qüssə olmadan yaşayacaqlar. Onların istədikləri hər bir şey onlara veriləcəkdir. Cəhənnəmə daxil olacaq kimsələr isə sonu olmayan, bitməyən əbədi əzab içində yaşayacaqlar.
- Cənnətdə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına gəlməyən nemətlər vardır. Bunun dəlillərindən biri Uca Allahın bu ayəsidir:﴿مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ﴾ (Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq).(Nəhl: 97).Uca Allah buyurur:﴿فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ﴾ (Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz).(Səcdə: 17).
İslamı rədd etsəm nə itirmiş olaram?
İnsan ən böyük elmi və biliyi - Uca Allah haqqında elmi və Onu tanımağı və həmçinin insana dünyada əmin-amanlıq və rahatlıq, axirətdə isə əbədi nemətlər bəxş edən Allaha imanı itirəcəkdir.
İnsan, Uca Allahın insanlara göndərdiyi ən əzəmətli kitabı mütaliə etməyi və bu əzəmətli kitaba iman etməyi itirəcəkdir.
İnsan, əzəmətli peyğəmbərlərə iman etməyi və həmçinin qiyamət günü Cənnətdə onlarla birgə olmağı itirəcək və Cəhənnəm odunda şeytanlarla, günahkarlarla və tağutlarla birgə olacaqdır. Bu necə də pis məskən, necə də pis qonşuluqdur.
Uca Allah buyurur:﴿قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ أَلا ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ (15) (De: "Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!").لَهُمْ مِنْ فَوْقِهِمْ ظُلَلٌ مِنَ النَّارِ وَمِنْ تَحْتِهِمْ ظُلَلٌ ذَلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ يَا عِبَادِ فَاتَّقُونِ﴾ (Onların üstündə oddan təbəqələr, altında da (oddan) təbəqələr olacaqdır. Allah qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!).(Zümər: 15,16).
Kim axirətdə nicat tapmaq istəyirsə İslamı qəbul etməli və Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olmalıdır.
Peyğəmbərlərin və rəsulların -Aleyhimussələm- icma etdikləri həqiqətlərdən biri də budur ki, axirətdə yalnız Uca Allaha iman edən, ona ibadətdə heç bir şeyi şərik qoşmayan, bütün peyğəmbərlər və rəsullara iman gətirən müsəlmanlar nicat tapacaqdır. Və rəsullara iman gətirib, onları təsdiqləyərək, onlara tabe olan hər bir kəs Cənnətə girəcək və Cəhənnəmdən xilas olacaqdır.
Musa peyğəmbərin zamanında olub ona iman gətirən və onun təlimatlarına tabe olan kimsələr, müsəlmanlar və saleh möminlər idi. Lakin Uca Allah İsa peyğəmbəri göndərdikdən sonra Musanın ardıcıllarına İsaya iman gətirib, ona tabe olmaları vacib oldu.Kim İsaya iman etmişdisə onlar saleh müsəlmanlar idi. Kim də İsaya iman gətirməyib: "Mən Musanın dinində qalacam" demişdirsə, o, mömin deyildi. Çünki O, Uca Allahın göndərdiyi rəsula iman etməyi rədd etmişdir.Uca Allahın rəsulların sonuncusu olan Muhəmməd peyğəmbəri (sallallahu aleyhi və səlləm) göndərməsindən sonra bütün bəşəriyyətə ona iman etməsi vacib oldu. Muhammədi də məhz Musanı və İsanı göndərən Rəbb göndərmişdir. Kim Muhammədin (sallallahu aleyhi və səlləm) dininə küfür edib: "Mən Musanın və İsanın dinində qalacam" deyərsə, o kimsə mömin deyildir.
İnsanın : "mən müsəlmanlara hörmət edirəm" deməsi kifayət deyildir. Axirətdə nicat tapması üçün fəqirlərə sədəqə verməsi və onlara yardım göstərməsi də kifayət deyildir. Əksinə, Uca Allahın bu əməlləri ondan qəbul etməsi üçün onun: Allaha, kitablarına, rəsullarına və axirət gününə iman etməsi vacibdir. Çünki şirkdən, Allaha küfür etməkdən, Allahın nazil etdiyi vəhyi rədd etməkdən və peyğəmbərlərin sonuncusu olan Muhammədin (sallallahu aleyhi və səlləm) peyğəmbərliyini inkar etməkdən böyük günah yoxdur.
Allahın elçisi Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbər göndərilməsini eşidən, sonra ona iman etməyi və İslam dininə daxil olmağı rədd edən yəhudilər, nəsranilər və onlardan qeyriləri əbədi olaraq Cəhənnəm odunda olacaqlar. Bu, Uca Allahın hökmüdür, insanlardan kiminsə hökmü deyildir. Uca Allah buyurur:﴿إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ أُولَـٰئِكَ هُمْ شَرُّ الْبَرِيَّة﴾ (Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər).(Bəyyinə: 6).
Uca Allah bəşəriyyətə sonuncu risaləti nazil etmiş olduğu halda, İslam və axırıncı peyğəmbər Muhamməd barədə (sallallahu aleyhi və səlləm) eşidən hər bir insanın ona iman etməsi, onun şəriətinə tabe olması, əmrlərinə va qadağalarına itaət etməsi vacibdir. Elə buna görə də kim bu sonuncu risalət barədə eşidib, onu rədd edərsə, Uca Allah da ondan heç bir şey qəbul etməyəcək və axirətdə ona əzab verəcəkdir.
Bunun dəlillərindən biri Uca Allahın bu ayəsidir:﴿وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾ (Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar).(Əli İmran: 85).
Uca Allah buyurur:﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ﴾ (De: "Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək". Əgər onlar yenə üz çevirsələr, deyin: "Şahid olun ki, biz müsəlmanlarıq!").(Əli İmran: 64).
Müsəlman olmağım üçüm nə etməliyəm?
İslama daxil olmaq üçün bu altı əsasa iman etmək vacibdir:
Uca Allaha iman etmək: Onun: yaradan, ruzi verən, mülkün sahibi və işləri idarə edən olmasına, Onun heç bir bənzəri, zövcəsi, övladı olmadığına və həmçinin Onun ibadətə layiq tək İlah olduğuna, Onunla yanaşı başqa bir ilaha ibadət edilməməsinə, Ondan başqasına edilən ibadətin batil ibadət olduğuna etiqad etməkdir.
Mələklərə iman: mələklərin Uca Allahın qulları olduğuna, onları nurdan yaratdığına və peyğəmbərlərinə vəhyi nazil etməyi onlardan bəzilərinin vasitəsiylə etdiyinə iman etmək.
Uca Allahın (Tövrat və İncil kimi -təhrif edilməzdən əvvəl-) peyğəmbərlərinə nazil etdiyi bütün kitablara və onların sonuncusu olan Qurani-Kərimə iman etmək.
Uca Allahın - Nuh, İbrahim, Musa, İsa və onların sonuncusu Muhəmməd kimi- göndərdiyi bütün rəsullara, onların bəşər övladından olduğuna, onları vəhy ilə dəstəklədiyinə və onlara doğruluqlarına dəlalət edən ayətlər və möcüzələr bəxş etdiyinə iman etmək.
Uca Allahın əvvəlkiləri və sonrakıları dirildəcəyi, qulları arasında hökm verəcəyi və möminləri Cənnətə, kafirləri isə Cəhənnəmə daxil edəcəyi günə - axirət gününə iman etmək.
Qədərə iman: Uca Allahın keçmişdə olan və gələcəkdə olacaq hər bir şeyi bildiyinə və Allahın bunları artıq öncədən bildiyinə, yazdığına, istədiyinə və hər bir şeyi yaratdığına iman etmək.
Qərar verməyi gecikdirmə!
Dünya əbədi qalınacaq yer deyil...
Onda olan hər bir gözəllik yox olacaq və hər bir şəhvət sönəcək...
Və insanın etdiyi hər bir əmələ görə haqq-hesab ediləcəyi gün gələcəkdir. O qiyamət günüdür. Uca Allah buyurur:﴿وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لاَ يُغَادِرُ صَغِيرَةً وَلاَ كَبِيرَةً إِلاَّ أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلاَ يَظْلِمُ رَبُّكَ أَحَدًا﴾ (Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə zülm etməz!).(Kəhf: 49).
Uca Allah, müsəlman olmayan kimsənin gedəcəyi yerin, əbədi olaraq qalacağı Cəhənnəm odu olduğunu xəbər vermişdir.
Bu xüsrana uğramaq kiçik deyildir, əksinə o əzəmətlidir. Uca Allah buyurur:﴿وَمَن يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾ (Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar).(Əli İmran: 85).
İslam, Uca Allahın dinlər içərisində qəbul etdiyi tək dindir.
Bizi Allah yaratmışdır və Ona da dönəcəyik. Bu dünya bizim üçün bir imtahandır.
Qoy insan yəqin olsun ki, bu həyat yuxu kimi qısadır... və heç bir kimsə nə vaxt öləcəyini bilmir.
Qiyamət günü Xaliqi ondan -Nə üçün haqqa tabe olmadığını, nə üçün peyğəmbərlərin sonuncusuna tabe olmadığını -soruşduqda onun cavabı nə olacaqdır?
Qiyamət günü o, Rəbbinə nə cavab verəcəkdir? Artıq Uca Allah onu İslama küfür etmənin nəticələrindən çəkindirmiş və kafirlərin sonunun Cəhənnəmdə əbədi həlak olduğunu xəbər vermişdir.
Uca Allah buyurur:﴿وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾ (Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!).(Bəqərə: 39).
Haqqı tərk edib, ata-babaları təqlid edən kimsənin heç bir üzürü yoxdur.
Uca Allah bizə bir çox insanların yaşadıqları ətrafdan qorxduqları üçün İslama daxil olmağı rədd etdiklərini xəbər vermişdir.
İnsanların çoxu atalarından miras aldıqları və ya ətraf mühit və cəmiyyətlərindən əldə etdikləri və alışdıqları inanclarını dəyişmək istəmədikləri üçün İslamı rədd edirlər. Və varis olduqları batilə olan fanatik bağlılıqları da onların bir çoxuna mane olur .
Bu kəslərin heç birinin buna görə üzürü yoxdur və onlar qiyamət günü Allah qarşısında heç bir dəlil olmadan dayanacaqlar.
"Ateist ailəsində doğulduğum üçün ateist olaraq qalacağam" deməsi heç bir ateistə üzr deyildir. Əksinə o, Allahın ona verdiyi ağıldan istifadə etməli, göylərin və yerin əzəməti barədə düşünməli və bu kainatın bir Xaliqi olduğunu dərk etmək üçün Yaradanın ona verdiyi ağlı ilə fikirləşməlidir.Həmçinin ata-babalarına təqlid edərək daşlara və bütlərə ibadət edən kəsin də heç bir üzürü yoxdur. Əksinə o, haqqı axtarmalı və özündən: "Məni eşitməyən, məni görməyən və mənə heç bir fayda verə bilməyən cansız əşyaya necə ibadət edirəm?!" deyə soruşmalıdır.
Eynilə, fitrətə və sağlam düşüncəyə zidd olan şeylərə inanan bir nəsrani də özünə sual verməlidir ki, Rəbb olan Allah başqa insanların günahına görə günah etməyən oğlunu necə öldürə bilər?! Bu zülmdür. Axı insanlar Rəbbin oğlunu necə çarmıxa çəkib öldürə bilərlər?!" Məgər Rəbb insanlara Öz oğlunu öldürməyə icazə vermədən onların günahlarını bağışlamağa qadir deyilmi? Məgər Rəbb öz oğlunu müdafiə etməyə qadir deyilmi?
Ağıllı insana vacibdir ki, haqqa tabe olsun və batil üzərində olan ata-babalarını təqlid etməsin .
Uca Allah buyurur:﴿وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ﴾ Onlara: "Allahın nazil etdiyinə və (göndərdiyi) Elçiyə tərəf gəlin"– deyildikdə: "Atalarımızın tutduğu yol bizə bəsdir"– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun?(Maidə: 104).
İslamı qəbul etmək istəyən, lakin yaxınlarının ona əziyyət verəcəyindən qorxan kimsə nə etməlidir?
Kim İslamı qəbul etmək istəyər, lakin ətrafındakı mühitdən qorxarsa, o, İslamı qəbul edib, daha sonra Allah ona xeyirli bir yol açana və özü müstəqil olub, İslamını açıq-aşkar izhar edənə qədər gizlədə bilər.
İnsana İslamı dərhal qəbul etməsi vacibdir. Lakin, əgər ona zərər toxuna bilərsə,ətrafındakılara İslamı qəbul etməsini xəbər verməsi və ya bunu yayması vacib deyildir.
Bil ki, insan İslamı qəbul edəndə milyonlarla müsəlmanın qardaşı olur və o, öz ölkəsində olan məscidlə və ya İslam Mərkəzi ilə əlaqə saxlayıb onlardan məsləhət və kömək istəyə bilər. Və bu da onları sevindirər.
Uca Allah buyurur:﴿وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا (Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar).وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِب﴾ (və ona gözləmədiyi yerdən ruzi bəxş edər).(Talaq: 2, 3).
Hörmətli oxucu!
Məgər bizə bütün nemətlərini bəxş edən, analarımızın bətnində döl ikən bizə qida verən və indi nəfəs aldığımız hava ilə bizi ruziləndirən Yaradan Allahı razı salmaq, insanların bizdən razı qalmağından daha əhəmiyyətli deyilmi?
Məgər dünya və axirət uğurlarına nail olmaq üçün həyatın bütün keçici ləzzətlərini qurban verməyə dəyməzmi? Allaha and olsun ki, dəyər!
Buna görə də insan imkan verməməlidir ki, keçmişi ona xətalı yolunu düzəltməsinə və düzgün iş görməsinə mane olsun.
Qoy insan bu gün həqiqi mömin olsun və şeytana, ona haqq yola tabe olmasına mane olmasına icazə verməsin!
Uca Allah buyurur:﴿يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَأَنزلْنَا إِلَيْكُمْ نُورًا مُبِينًا (174) (Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur (Quran) nazil etdik).فَأَمَّا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَاعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا﴾ (Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxslərə gəlincə, (Allah) onları Öz rəhmətinə və lütfünə qovuşduracaq və onları Özünə tərəf (aparan) düz yola yönəldəcəkdir).(Nisa: 174, 175).
Sən həyatında ən böyük qərarı verməyə hazırsanmı?
Əgər öncə deyilənlər məntiqlidirsə və insan həqiqəti qəlbən dərk edibsə, o zaman o, müsəlman olması üçün ilk addımı atmalıdır.
Kim həyatında ən üstün qərarı verməkdə yardım və necə müsəlman ola biləcəyinə dair yönləndirmə istəyərsə
Öz günahlarını İslama daxil olması üçün maneə etməsin. Artıq Uca Allah Quranda bizə xəbər vermişdir ki, insan müsəlman olub, xaliqinə tövbə etdiyi zaman onun bütün günahlarını bağışlayar. Təbii ki, insan İslamı qəbul etdikdən sonra da bəzi günahlar işləyəcək. Çünki biz bəşərik, məsum mələk deyilik .Lakin bizdən tələb olunan, Allahdan bağışlanma diləmək və Ona tövbə etməyimizdir. Əgər Allah bizdə haqqı qəbul etməyə tələsdiyimizi, İslama daxil olduğumuzu və iki şəhadət kəlməsini söylədiyimizi görərsə, o zaman bizə, başqa günahları tərk etməyə yardım edəcəkdir. Allah, ona üz tutub, haqqa tabe olan kəsi əlavə xeyirlərə müvəffəq edər. İndi insan İslama daxil olması üçün tərəddüd etməsin.
Bunun dəlillərindən biri Uca Allahın bu ayəsidir:﴿قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ﴾ Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar.(Ənfal: 38).
Müsəlman olmaq üçün nə etməliyəm?
İslama daxil olmaq asan bir işdir, bunun üçün müəyyən bir ayinin icrasına və ya rəsmi mərasimə yaxud da kiminsə iştirak etməsinə ehtiyac yoxdur. Sadəcə olaraq insanın iki şəhadət kəlməsini, mənasını bilərək və ona iman edərək: (أشهد أن لا إله إلا الله وأشهد أن محمدًا رسول الله) [Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən rasulullah] (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Və şəhadət edirəm ki, Muhəmməd -sallallahu aleyhi va səlləm- Allahın rəsuludur ) tələffüz etməsi lazımdır. Əgər bu iki şəhadət kəlməsini ərəb dilində desən, gözəl olar. Əgər ərəb dilində söyləmək sənə çətin olsa, o zaman ana dilində deməyin kifayət edər və bununla da sən müsəlman olursan. Bundan sonra isə üzərinə düşən dünyada sənin səadətinin, axirətdə isə nicatının qaynağı olan dinini öyrənməkdir.
Kainatı kim yaradıb ? Məni kim yaradıb? Və nə üçün?
Bu yaradan, ruzi verən Rəbb Uca və Pak Allahdır.
İbadət olunan Rəbb kamil sifətlərlə vəsf olunur.
Bu əzəmətli Xaliq bizi nə üçün yaratmışdır? O, bizdən nə istəyir?
Nə üçün rəsullar çox olmuşdur?
Bir şəxs göndərilən rəsulların hamısına iman etmədikcə mömin olmaz.
İslam səadət(xoşbəxtlik) yoludur.
Mən İslam dinini qəbul etməkdən nə fayda əldə edirəm?
İslamı rədd etsəm nə itirmiş olaram?
Müsəlman olmağım üçüm nə etməliyəm?
Haqqı tərk edib, ata-babaları təqlid edən kimsənin heç bir üzürü yoxdur.
İslamı qəbul etmək istəyən, lakin yaxınlarının ona əziyyət verəcəyindən qorxan kimsə nə etməlidir?
Sən həyatında ən böyük qərarı verməyə hazırsanmı?
Müsəlman olmaq üçün nə etməliyəm?